“Toy edib illərlə kirayədə qalmaqdansa…” – Bu pulla nə etmək olar?

“Toy edib illərlə kirayədə qalmaqdansa…” – Bu pulla nə etmək olar?
SOSİAL
12:53 20.08.2026
1261
Toy mərasimləri Azərbaycan ailələri üçün böyük xərc tələb edən tədbirlərdən biri olaraq qalır. Zalın qiyməti, menyu, musiqi, foto-video xidmətləri, geyim, qızıl və digər hazırlıqlar toy büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir.

Toyun keçirildiyi mövsüm də ümumi xərclərə təsir edən amillərdən biri hesab olunur. Tələbatın yüksək olduğu dövrlərdə bəzi xidmətlərin qiymətləri arta bildiyi halda, daha az tələb olunan vaxtlarda daha münasib seçimlər tapmaq mümkündür.

Bəs ilin hansı aylarında toy keçirmək daha sərfəlidir və mövsüm toy xərclərinə nə qədər təsir edir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, əsas məsələ toyun hansı ayda keçirilməsi deyil, xərclərin düzgün planlaşdırılmasıdır.

"Əslində vətəndaşların hansı aylarda toy keçirməsinin ciddi fərqi yoxdur. Əsas problem xərc balansının qorunmamasıdır. Nəticədə ailə həyatının qurulması belə borc və əlavə xərclərlə başlayır. Bu da sonradan ailə münasibətlərinə mənfi təsir göstərə bilər. Vəsait təyinatı üzrə düzgün istifadə olunarsa, əlavə və lazımsız xərclərin də qarşısını almaq mümkündür. Məsələn, 20-25 il əvvəl kiminsə toyuna gedəndə müəyyən məbləğdə pul yazılırdı. Həmin vaxt restoranlarda bir nəfər üçün yerin qiyməti 6-10 manat civarında idi. İndi isə bir nəfərlik menyunun qiyməti minimum 50 manatdır. 20-25 il əvvəlki həmin məbləğ bu gün də eyni şəkildə yazılırsa və ya həmin şəxs ümumiyyətlə toyda iştirak etmirsə, bu hallar çoxluq təşkil etdikdə toy sahibi nəticədə zərərə məruz qalır”.
 
 

G.Hüseynovanın sözlərinə görə, daha azsaylı və sadə mərasimlər gənc ailələr üçün iqtisadi baxımdan daha məqsədəuyğun ola bilər:

"Ona görə də ən yaxın 15-20 nəfər arasında məclis keçirmək və sadə nikaha üstünlük vermək iqtisadi baxımdan daha sərfəlidir. Cəmiyyət dəbdəbəyə və kimdənsə geri qalmamaq prinsipinə deyil, əldə olunan gəlirin gələcəyə yönəldilməsinə üstünlük verməlidir. Ümumi hesablasaq, toy xərcləri 50 min manata yaxın ola bilər. Bu məbləği sadəcə bir günlük əyləncəyə xərcləyib uzun illər gəlirin 50-60 faizini kirayəyə verməkdənsə, şəhər ətrafı ərazilərdə mənzil alınması daha münasibdir. Bu günün minimum xərcləri gələcəyin böyük xərclərinə çevrilə bilər. 40-45 yaşdan sonra işləmək və ya müəyyən məbləğ toplayaraq əmlak almaq daha çətin olur. Alınsa belə, insan bunun üçün həyatındakı digər imkanlardan, məsələn, istirahətdən və şəxsi ehtiyaclarından müəyyən qədər məhrum qalmalı olur”.

İqtisadçı toy mərasimlərində qızıl alışına da diqqət çəkib.

"Ən böyük xərclərdən biri də qızıl alışıdır. Az çəkidə və ya daha aşağı məbləğdə qızıl alınması başadüşüləndir. Lakin 10-20 min manatlıq ağır çəkili qızıl artıq xərcdir. Qiymətli metal olsa da, bu da bir aksesuardır. Gündəlik həyatda heç kim o qədər ağır çəkili aksesuardan istifadə etmir. İldə bir dəfə hansısa toyda taxılıb istifadə ediləcək həmin qiymətli metal sadəcə passiv aktiv olaraq qalır. Bu baxımdan belə xərclər ailə büdcəsinə ciddi yük yarada bilər. Toy xərclərini artıran əsas amillərdən biri də həddindən artıq dəbdəbədir. Müasir dövrdə gənclər daha çox sadəliyə üstünlük versələr də, xərclərin artmasına səbəb olan amillərdən biri orta və yaşlı nəslin müdaxiləsidir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DPA: Leypsiqdə uzaqmənzilli qanadlı raketlərin istehsalına başlanacaq
08:33 06.10.2026
DPA: Leypsiqdə uzaqmənzilli qanadlı raketlərin istehsalına başlanacaq
Bakıda 19 istiqamətdə tıxac yaranıb
08:26 06.10.2026
Bakıda 19 istiqamətdə tıxac yaranıb
ABŞ Ordusu: İranın dəniz blokadasının başlanğıcından 13 gəmi məhv edilib
08:20 06.10.2026
ABŞ Ordusu: İranın dəniz blokadasının başlanğıcından 13 gəmi məhv edilib
Tramp Texas hərbi bazasında atəş açan şəxsin edamını təsdiqləyib
08:14 06.10.2026
Tramp Texas hərbi bazasında atəş açan şəxsin edamını təsdiqləyib
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi