TQDK "Xəzər"dəki "Abituriyent"ə sahib çıxmadı

GƏNCLİK
14:23 11.07.2011
5302

 

Qurumun mətbuat katibi Elnur Nağızadə SIA-ya açıqlamasında bildirib ki, komissiya tərəfindən imtahanlarda istifadə olunan test suallarının düzgün cavabları yalnız “Space” kanalında nümayiş olunan “Abituriyent” verilişdə səsləndirilir. Onun sözlərinə görə, digər verilişdə səslənən fikirlərə, sualların cavablarına görə komissiya hər hansı bir məsuliyyət daşımır".

TQDK bütün abituriyentlərin nəzərinə çatdırır ki, “Xəzər” TV-nin efirində yayımlanan “Abituriyent” verilişində səslənən rəylər və sualların cavablandırılması ilə bağlı qurum heç bir məsuliyyəti öz üzərinə götürmür. Qurum “Space” TV-də yayımlanan “Abituriyent” verilişindən sorumludur və heyətin hamısı “TQDK”-nın əməkdaşlarıdır.

OXŞAR XƏBƏRLƏR