Tramp ABŞ-ni "daha dindar" etməyə söz verdi

Tramp ABŞ-ni "daha dindar" etməyə söz verdi
DÜNYA
20:22 20.04.2025
267
ABŞ Prezidenti Donald Tramp Pasxa bayramı münasibətilə vətəndaşları təbrik edib.

O, "Truth Social" platformasında təbrik paylaşıb.

"Birlikdə Amerikanı daha böyük, daha yaxşı, daha güclü, daha varlı və daha dindar edəcəyik" - dövlət başçısı yazıb.

Xatırladaq ki, fevral ayında Tramp hökumətdə antixristian meyillərinin aradan qaldırılması haqqında sərəncam imzalayıb.

"Əvvəlki administrasiya sülhsevər xristianları təqib etmək və eyni zamanda şiddətli antixristian cinayətlərə məhəl qoymamaq kimi aşkar təcrübə ilə məşğul olub" - deyə prezident iddia edib.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR