AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus "Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Mətbuatda tirajlanan xəbərləri kəskin tənqid edən Tramp bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"İran İslam Respublikası ilə ABŞ-nin bir neçə gün əvvəl danışıqları dayandırması barədə saxta xəbərlər tamamilə səhv və etibarsızdır”.
Qeyd edək ki, iyunun 1-də İranın "Tasnim” agentliyi rəsmi Tehranın İsrail Livan ərazisindən ordusunu çıxarmayana və hərbi əməliyyatları tam dayandırmayana qədər ABŞ ilə dialoqu dondurduğunu idarə etmişdi. Məlumatda həmçinin Tehranın Vaşinqtonla vasitəçilər üzərindən həyata keçirdiyi mətn mübadiləsini dayandırdığı vurğulanırdı.











































