Tramp Türkiyəni yenə hədələdi: "Tamamilə məhv edəcəm..."

Azxeber
23:22 07.10.2019
9893
ABŞ prezidenti Donald Tramp Ankaranın "icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə "Türkiyə iqtisadiyyatını məhv edəcəyi” ilə hədələyib.

Unikal.org xəbər verir ki, amerikalı lider bu barədə şəxsi "Twitter” hesabında paylaşım edib.

"Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər Türkiyə, böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm”, - Tramp belə yazıb.

Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri "saxlanılmış İŞİD-çilərə və onların ailələrinə diqqət etməlidirlər”.

"ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq.

Ərdoğan isə bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O, əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.
 
Unokal.oag

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:40 15.07.2020

Rusiya Azərbaycan və Ermənistanı danışıqlara çağırdı

16:32 15.07.2020

Prezident İlham Əliyev türkiyəli həmkarına məktub göndərdi

16:32 15.07.2020

Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi

16:19 15.07.2020

Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi - VİDEO

16:11 15.07.2020

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi - FOTO

16:04 15.07.2020

Prezidentin köməkçisindən Ermənistanın sərhəddəki təxribatı ilə bağlı AÇIQLAMA

15:54 15.07.2020

Tovuzda yaralanan əsgərlər danışır - Video

15:41 15.07.2020

Azərbaycan şəhid olan general və polkovniki belə yola saldı - VİDEO

15:09 15.07.2020

Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi - VİDEO

15:05 15.07.2020

Dünən gecədən sonra Milli Məclis - FOTOREPORTAJ

14:58 15.07.2020

“Gecə 4-də evlərinə getdim, generalın anasının ayaqlarına döşəndim”

14:47 15.07.2020

"Döyüşə getmək istəyirəm" deyib, Milli Məclisin qarşısında intihar etmək istədi - FOTO

14:43 15.07.2020

Rəşad Mahmudov: "Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb"

14:34 15.07.2020

"Sərhəddə döyüşlər Paşinyanın oğlunun tərxis olunmasından üç gün sonra başlayıb"

14:19 15.07.2020

Sabah yağış yağacaq, dolu düşəcək

13:49 15.07.2020

İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

X Mostbet