Tünzalə Ağayeva: "Qadın qətlləri kütləviləşməyə başladığı üçün soyqırım sayılır"

Tünzalə Ağayeva: "Qadın qətlləri kütləviləşməyə başladığı üçün soyqırım sayılır"
SOSİAL
10:20 17.10.2019
4937
Sosial layihələr, proqramlar, televiziyalar, sosial media bizləri maarifləndirməlidir. Dəyərli ziyalılar, sənət insanları, media nümayəndələri və gələcəyi düşünən hər kəs susmamalıdır. Növbəti faciə və cəhalətə icazə verməyək. Biz nəticə görmək istəyiriksə, bu proses dayanmamalıdır.

Bu fikirləri Əməkdar artist Tünzalə Ağayeva son günlər artan qadın ölümlərini şərh edərkən bildirib.   

"Mən sənət insanı olaraq öz auditoriyama çağırış edə bilərəm. Amma cəmiyyət  içərisində kütləvi çağırışlar olmalıdır. Çünki burada bir insanın mövqeyi əsas ola bilməz, hamımız  ayıq olmalıyıq. Hər gün qadın, ana soyqırımı baş verir. Bu məsələ kütləviləşməyə başladığı üçün soyqırım sayılır. Ölüm sayı günbəgün çoxalır.

XXI əsrdə qız uşağı dünyaya gələn hər ailə buna sevinmir. Dəhşətli faktdır. Allah qızı və oğlanı eyni yaradıb. Heç kəsin haqqı yoxdur ki, kiməsə əl qaldırsın. Ölümlərin sayı azalmır. Dünya hər zaman bununla savaşıb. Cahil ailələrdə bu cür  faciələr baş verəcək. Cahillikdən qurtulmaq lazımdır.

Eyni zamanda, XXI əsrdə hələ də ailələrdə qızların təhsil almaması, işləməməsi və digər "stereotiplər” cəmiyyəti məhv etməkdədir. Bu gün əksər qadın və qızlarımız öz hüquqlarını bilmirlər, ya da ata, ailə  və cəmiyyətin qınağından çəkinirlər.

Bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Bu isə bir qədər vaxt aparacaq. Düzdür, müəyyən layihələr həyata keçirilsə də, istənilən nəticəni vermir. Bu istiqamətdə görülən işlər daha da gücləndirilməlidir”, - deyə Əməkdar artist bildirib.

Tünzalə Ağayeva qeyd edib ki, mətbuat nümayəndələri reytinqli məqalələrə, gərəksiz videolara, paylaşımlara ayırdıqları yer qədər bu məsələlərə də ciddi fikir verməlidirlər. 

"Kütləvi informasiya vasitələri əsas rol oynayır, məlumatların 50 faizi kommersiya və reytinq maraqlarına xidmət edirsə, 50 faizi də mənəviyyatımıza, millət olaraq gücümüzə, düşüncəmizə müsbət təsirə xidmət eləməlidir. Mətbuat mənasız məlumatlarla dolu reytinqlərə xidmət edəcəksə, biz hansı mənəviyyat və çağırışdan danışa bilərik? 

Ziyalılarımızdan, yazıçılarımızdan, elm insanlarından daim bu mövzularda müsahibələr alınmalı, reportajlar hazırlanmalıdır. Gücümüzü maksimum istifadə etməliyik, çünki bir sıra boşluqlar var”. 

Qeyd edək ki, statistik göstəricilərə əsasən, ötən il ölkədə məişət zorakılığı ilə bağlı 1075 cinayət hadisəsi baş verib. Nəticədə, 915 qadın zərər çəkib.

Son bir ayda 14 qadın qətlə yetirilib.  Bunun doqquzu müxtəlif səbəblərdən uşaqların gözü önündə baş verib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı