Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt
DÜNYA
22:14 10.07.2020
1579
Bu gün Türkiyədə koronavirusdan 23 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 323-ə çatıb. 

Son sutka ərzində koronavirusa daha 1 003 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 210 965 nəfərə yüksəlib.

Son sutkada Türkiyədə 1 493 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 191 883 nəfərə yüksəlib.
OXŞAR XƏBƏRLƏR