Türkiyə bu AES-lə bağlı qərar verdi

Türkiyə bu AES-lə bağlı qərar verdi
DÜNYA
17:24 06.09.2026
68
Türkiyə "Akkuyu” AES-i işə salmağa hazırlaşır.

Türkiyənin "Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

Nazirin sözlərinə görə, dörd reaktordan ibarət stansiyanın ilk enerji blokunda sınaq mərhələsinə başlanılıb. Digər reaktorlar üzrə də işlər davam etdirilir.

Hər bir reaktorun gücü 1,2 min MVt təşkil edir.

Bayraktar bildirib ki, ilk enerji blokunun işə salınmasından sonra atom enerjisi Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 2-2,5 faizini qarşılayacaq. Dörd blokun hamısı istismara verildikdən sonra isə bu göstəricinin 10 faizə çatacağı gözlənilir.

Nazir, həmçinin "Akkuyu” ərazisində üçüncü və dördüncü enerji bloklarının tikintisi ilə paralel olaraq məlumat emalı mərkəzinin yaradılmasının planlaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, "Akkuyu” AES hər birinin gücü 1,2 min MVt olan Rusiya istehsalı VVER-1200 reaktorları ilə təchiz ediləcək dörd enerji blokundan ibarət olacaq.

Stansiyanın tikintisinə 2018-ci ildə başlanılıb. Layihəni "Rosatom”un törəmə şirkəti olan "Akkuyu Nuclear” həyata keçirir.

///konkret.az///
OXŞAR XƏBƏRLƏR