Türkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladı

Türkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladı
DÜNYA
13:40 18.04.2026
250
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrü şəhəri üzərindən də uçuşlara başlayacağını gözləyir.

AZXEBER.COM erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, hökumətin mətbuat konfransında bildirib.

Qeyd olunub ki, hökumət rəhbəri bu fikirləri iki dövlət arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı gedişatı barədə verilən sualı cavablandırarkən səsləndirib.

Paşinyan qeyd edib ki, hazırda "Turkish Airlines" şirkəti İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslərini bu ilin mart ayından etibarən artıq bərpa edib. Qeyd olunub ki, indi Paşinyan yaxın vaxtlarda Gümrü vasitəsilə də uçuşların həyata keçiriləcəyinə ümid edir.

Sərhədlərin açılması perspektivlərinə də toxunan baş nazir vurğulayıb ki, əsas sual sərhədin açılıb-açılmayacağı ilə deyil, bu prosesin konkret hansı müddətdə baş tutacağı ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR