Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat edib

Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat edib
İDMAN
20:30 10.09.2021
1534
Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və Xarkov "Metallist"inin sabiq müdafiəçisi Denis Barvinko dünyasını dəyişib.

27 yaşında vəfat edən oyunçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2011 - 2014-cü illərdə "Metallist"in formasını geyinən Barvinko bu komandanın heyətində Ukrayna Premyer Liqasında 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib. O, həmçinin Avropa Liqasında 1, Ukrayna Kubokunda isə 3 görüşdə meydana çıxıb.

Müxtəlif vaxtlarda Ukraynanın aşağı yaş qrupları üzər yığmalarına dəvət alan futbolçu karyerasını başa vurduqdan sonra Dnepropetrovsk vilayətinin çempionatında mübarizə aparan "Energiya" klubuna başçılıq edib.
OXŞAR XƏBƏRLƏR