Ukrayna Prezident Ofisi: Səfərbərlik üçün böyük resurslarımız var

Ukrayna Prezident Ofisi: Səfərbərlik üçün böyük resurslarımız var
DÜNYA
18:38 22.05.2024
225
"Qüvvəyə minmiş "Səfərbərlik haqqında” qanun təbii ki, uzunmüddətli müharibə ilə bağlı hüquqi prosedurlara aydınlıq gətirir. Yəni prosedurlar, səfərbərliyin necə baş verməli olduğu, hansı sosial qrupların əhatə olunub-olunmaması, seçim prosesinin və təlim prosesinin necə keçirilməli olduğu aydınlaşdırılır. Daha sonra rotasiya, demobilizasiya və sair proseslər var”.

Bunu "Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak ölkədə qüvvəyə minən yeni səfərbərlik qanununu şərh edərkən deyib.

"Resurslara gəlincə, ölkə daxilində kifayət qədər böyük həcmdə mümkün resurslar var. Əlbəttə ki, ölkəni tərk edən və potensial olaraq hərbçi ola biləcək insanların ölkəyə qayıtmalarını istərdim. Amma təəssüf ki, bu, mürəkkəb prosesdir, başqa dövlətlərlə razılaşmalara, yanaşmalara və s. əsaslanır. Mən istərdim ki, bu insanlar Ukraynanın hansı vəziyyətdə olduğunu və nə üçün geri qayıtmalı olduqlarını başa düşsünlər. Söhbət təkcə hücum batalyonlarında, hücum briqadalarında iştirakdan getmir, həm də Silahlı Qüvvələrin digər bütün infrastrukturundan gedir. Onların sayı çoxdur və bu insanların ölkəyə qayıdaraq bu müharibədə effektiv mübarizə aparmasına köməklik etmələri yaxşı olardı”, - deyə Prezident Ofisinin rəsmisi vurğulayıb.

Mixaylo Podolyak eyni zamanda yeni səfərbərlik dalğasının xalq arasında effekti barədə də danışıb: "Səfərbərlik həmişə çətin, mübahisəli bir proses olacaq, xüsusən də böyük bir müharibəniz olduqda. Şübhə yoxdur ki, bunu dərk etmək çətin olacaq. Ukrayna döyüş meydanında özünü müdafiə etməsə, sağ qalmaq üçün bir variantı olmayacaq. Bunun üçün səfərbərlik prosedurlarını düzgün idarə etmək lazımdır. Yəni insanlar üçün çətin olmasına baxmayaraq onlarla danışmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir