Ukraynada yaşayan azərbaycanlılardan nümunəvi addım! - "İnsanlara pulsuz çörək paylayırlar" - VİDEO

SOSİAL
16:32 28.02.2022
670
Ukraynada müharibənin beşinci günü bir çox dəhşətli görüntülərlə yanaşı, pozitiv görüntülərlə də yadda qalıb. 
 
Həmyerlilərimizin ən çox  yaşadığı ölkələrdən biri olan Ukraynada müharibənin davam etdiyi bir ərəfədə insanlar qida qıtlığı ilə də üzləşiblər. 
 
İllərdir bu ölkədə yaşayan və çalışan azərbaycanlı iş adamları məhz bunları nəzərə alaraq pulsuz çörək və qidaları ehtiyacı olan insanlara paylayırlar. 
 
AZXEBER.COM xəbər verir ki, belə görüntülərdən biri də Odessa şəhərində çəkilib. Kiçik sahibkarlıqla məşğul olan azərbaycanlılar insanlara pulsuz çörək paylayıblar. 

Digər bir görüntü də Ukraynanın başqa bir şəhərində çəkilib. Orada da soydaşımız öz çörək dükanını açıq qoyaraq hər kəsə pulsuz çörək verib. 
 
Üçüncü görüntü isə Xarkov şəhərində çəkilib. Orada da soydaşımız insanlara pulsuz çörək paylayır.

 
 
 

OXŞAR XƏBƏRLƏR