Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir

Unibank 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir
İQTİSADİYYAT
16:22 08.12.2022
379
Bu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank, bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir.
 
AZXEBER.COM xəbər verir ki, "Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb. 

Xatırladaq ki, səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma proqramı əlavə səhm buraxılışı və subordinasiya borcu cəlb olunmaqla, iki komponentdən ibarətdir. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
 
Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb.  Bu mərhələdə "Unibank”ın hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub. 
Kapitallaşma prosesinin növbəti mərhələsi 30 noyabr tarixində  "Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları məbləğində subordinasiya borcu olan istiqrazlarının uğurla yerləşdirilməsi nəticəsində başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 yerli və xarici investor tərəfindən alınıb. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. 

Kapitallaşma prosesinin sonuncu mərhələsində isə hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiyası nəzərdə tutulur. 6,8 milyon manatlıq səhmin emissiyasının anderrayteri "Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.

Unibank-Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq