‘Unibank’ bu dəfə müştərisini deyil, öz əməkdaşını tutdurur - TƏFƏRRÜAT

‘Unibank’ bu dəfə müştərisini deyil, öz əməkdaşını tutdurur -  TƏFƏRRÜAT
İQTİSADİYYAT
12:10 07.08.2015
3617

Ali Məhkəmə Sahib Ağayevin barəsində bəraət hökmü çıxarsa da, sonradan qərar dəyişdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən və apellyasiya instansiyasında bəraət alan “Unibank” KB ASC-nin keçmiş əməkdaşı Sahib Ağayevin işinə yenidən baxılacaq. Belə ki, Ali Məhkəmənin qərarı ilə Sahib Ağayevin barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv edilib. Prosesə yenidən baxılması üçün cinayət işinin materialları Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Qədim Babayevin sədrliyi ilə məhkəmənin ilkin baxış iclası avqustun 14-ə təyin edilib. 

Sahib Ağayev qarşılaşdığı problemlə bağlı dövlət başçısı İlham Əliyev müraciət ünvanlayıb. O, müraciətində bildirib ki, 2012-ci ilin əvvəllərində “Unibank” KB ASC-də işlədiyi zaman borc öhdəliyi yarandığına görə, bankın idarə heyətinin sədri Faiq Hüseynovla görüşüb: “Borc öhdəliyimi aylıq gəlirimə uyğun şəkildə ödəməyim üçün mənə şərait yaradılmasını xahiş etsəm də, sədr bildirdi ki, borcumu üç gün ərzində qaytarmasam, həbs olunacam. Mən bankın pulunu mənimsəmək və ya ələ keçirmək niyyətində olmamışam. Bunu sübut edəcək kifayət qədər sübutlarım var. Bütün bu təhdidlərə baxmayaraq, maşınımı, evimi sataraq banka olan borcumu ödəməyə davam etmişəm. Sonradan işə düzələrək ödənişləri icra edirdim. Bankın rəhbərliyi isə işlədiyim yer barədə məlumat öyrənərək, işdən çıxarılmağım üçün işlədiyim şirkətin müdriyyətinə müraciət edib, işdən azad olunmağımı xahiş edib”.

 

S.Ağayev deyir ki,  onun əməlləri sırf mülki hüquq münasibətləri zəminində qiymətləndirilməli idi: “Amma Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük müstəntiqi Rəşad Məmmədov əməllərimdəki dələduzluq faktını rədd edən bütün sübutları gizlədərək, ağır maddələrlə mənə ittiham verərək, işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi”.

Keçmiş bank işçisi bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə də hüquqları məhdudlaşdırılıb: “Dələduzluq faktını rədd edən sübutlara əhəmiyyət vermədən, barəmdə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında mən qanunları əsas gətirərək, Cinayət və Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğum cinayət işi üzrə təqsirsizliyimi sübut etməyimə baxmayaraq, hakim Həsən Əhmədov sübutlarıma, çıxışlarıma əhəmiyyət vermədən, qanunsuz şəkildə verilmiş 8 il cəza müddətini qüvvəsində saxladı”. 

Sahib Ağayev hesab edir ki, Ali Məhkəməyə etdiyi şikayət əsasında hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə onun sübutları və şahidlərin ifadələri nəzərə alınıb, işin mülki iş olduğu barədə tövsiyələrini verərək, Bakı Apelyasiya Məhkəməsinin hökmünü ləğv edib və bəraətverici əsaslarla işi yenidən Bakı Apelyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edib: “Yeni Bakı Apelyasiya məhkəməsi baxış zamanı hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında da sübutlarıma əhəmiyyət verildi, danışıq hüquqlarım məhdudlaşdırılmadan və qarşı tərəfin mənim dələduzluq əməlimi rədd edəcək sənədləri təqdim etməməsi müşahidə edilərək, mənim sırf qanunlara istinadən çıxış etdiyim və təqsirsizliyimi sübut etdiyim nəzərə alınaraq, barəmdə ədalətli və qanuni bəraət hökmü çıxarıldı. Məhkəmə prosesində suallarım və sübutlarım qarşısında aciz qalan dövlət ittihamçısı Rizvan Şəmmədov Ali Məhkəməyə bəraət hökmündən kassasiya protesti verdi. Ali Məhkəmənin hakim Fərhad Kərimov barəmdə çıxarılmış qanuni bəraət hökmünü ləğv edib, daha ağır və əsassız ittiham tövsiyəsi ilə işi yenidən apellyasiya məhkəməsimim baxışına təyin etdi. Çox maraqlı məqam ondan ibarətdir ki, Ali Məhkəmənin bir qərarı ilə barəmdə bəraətverici əsaslarla qərar çıxarılır, digər bir qərarı ilə barəmdə ağır maddələrlə ittiham irəli sürülür”.

O deyir ki, barəsində bank rəhbərliyi tərəfindən şikayət verilməmişdən öncə  satdığı evindən və maşınından gələn gəliri banka ödəyib və kirayə mənzilə köçüb: “İşdən azad edilmişdim, bank və istintaq orqanı tərəfindən təzyiq altında idim, bu təzyiqlərin təsiri altında iş tapa bilmirdim. Yəni ki, tam müflis vəziyyətə düşmüşdüm. Ödəmə iqtidarında olmadığıma görə mən dələduz adlandırılmalı idim? Yəni ki, bu şəxslərin dediyi bir ifadə var idi ki, “hardan tapırsan tap, tam həcmdə pulu gətir!”. Mən oğurluq etməli idim, yoxsa quldurluq etməli idim? Qanunlarımıza uyğun formada mənim üzərimə mülki qaydada müəyyən öhdəlik qoyulmalı idi və əgər mən o öhdəliyi yerinə yetirməsəydim, barəmdə cinayət işi açıla bilərdi. Barəsində cinayət işi açılmış şəxs bu təsirlər altında harda və necə işləyə bilər?”. 

 bizimyol.info

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi