“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
İQTİSADİYYAT
10:14 23.02.2023
581
 "Unicapital İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətində dəyişiklik olub. 2020-ci ilin mayından "Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru olan Tahir Qəribov digər vəzifəyə təyinatı ilə əlaqədar olaraq, öz xahişi ilə buradakı vəzifəsindən ayrılıb. 

Qeyd edək ki, Tahir Qəribovun rəhbərliyi altında son 3 il ərzində Unicapital ciddi inkişaf yolu keçib, çoxsaylı beynəlxalq mükafatlar alıb. Bu müddətdə İnvestisiya Şirkətinin layiq görüldüyü mükafatlar siyahısında Böyük Britaniyanın "International Finance” jurnalının araşdırmasının nəticəsi olaraq təqdim olunan "Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, "Azərbaycanda Ən Yaxşı Foreks Provayderi – 2021”, "Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti – 2020” nominasiyaları , "Fintex Summit 2022”də dəstək və iştirakına görə mükafat və digər nominasiyalar var.

"Unicapital İ.Ş.” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 21 fevral 2023-cü il tarixindən etibarən "Unicapital” İŞ-nin Baş direktoru vəzifəsini Vüqar Faiq oğlu Namazov icra edəcək.
Vüqar Namazov 13 ildən artıq Bakı Fond Birjasında müxtəlif rəhbər vəzifələrdə, o cümlədən İdarə Heyətinin sədri olaraq fəaliyyət göstərib. "Unicapital” İ.Ş. komandasına qoşulmazdan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC-də İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışıb. Eyni zamanda, "UNEC İslam Maliyyə Mərkəzi”nin tədqiqatçısıdır.
Vüqar Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Maliyyə-kredit” ixtisası üzrə bakalavr və 2007-ci ildə "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr təhsili alıb. Bir çox beynəlxalq ixtisas sertifikatlarının, o cümlədən, "Layihələrin İdarə Edilməsi İnistitutu” nun (PMI, ABŞ) "Peşəkar Layihə Meneceri” (PMP) sertifikatının sahibidir. 2021-ci ildə Kellogg Biznes Məktəbinin "Təşkilati liderlik” proqramı üzrə təhsil alıb.

Bu gün müştəri sayı 500 000-i keçmiş "Unicapital” İ.Ş. investorlara 20 000-dən çox maliyyə aləti ilə həm yerli, həm də xarici maliyyə bazarlarında ticarət imkanı yaradıb. Şirkət ölkənin investisiya sahəsində olan reytinq cədvəllərində qabaqcıl mövqeləri tutur.
Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik "Unibank KB” ASC-yə məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR