Universitetini dəyişdirmək istəyən tələbələrin nəzərinə

Universitetini dəyişdirmək istəyən tələbələrin nəzərinə
SOSİAL
15:47 15.01.2018
1264
Tələbələrin Azərbaycan daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də, ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, cari ilin fevral ayının 1-dən etibarən transfer.edu.az portalı vasitəsilə sənəd qəbulu həyata keçiriləcək və bu proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Transfer.edu.az portalı vasitəsilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

Qeyd edək ki, ötən tədris ilində portal vasitəsilə 1191 nəfər tələbə köçürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ