Uşaq piylənmədən öldü: ata-anaya qətl ittihamı

Uşaq piylənmədən öldü: ata-anaya qətl ittihamı
DÜNYA
11:46 27.06.2026
280
ABŞ-ın Miçiqan ştatında 7 yaşlı oğullarının ölümündən sonra valideynlər - Demien və Cessika O'Brayen barəsində ikinci dərəcəli qətl maddəsi ilə ittiham irəli sürülüb. 

AZXEBER.COM xəbər verir ki, istintaqın versiyasına görə, uşaq ağır piylənmədən əziyyət çəkib və illərlə zəruri tibbi yardım almayıb.

Valideynlər həmçinin uşağa qarşı amansız rəftar və işgəncə verməkdə də ittiham olunurlar. Məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, uşağın ölümünə ürək əzələsinin genişlənməsi ilə xarakterizə olunan dilatasion kardiomiopatiya səbəb olub. Mütəxəssislərin fikrincə, bu xəstəliyin inkişafına ağır piylənmə ciddi təsir göstərib.

İstintaq müəyyən edib ki, uşaq heç vaxt məktəbə getməyib. Ailənin tibbi sığortası olsa da, o, cəmi bir dəfə həkim müayinəsində olub.
 
 
\\Lent.az
OXŞAR XƏBƏRLƏR