Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 30-da və mayın 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirir. TQDK-dan verilən məlumata görə, ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri bu gün riyaziyyatdan, mayın 1-də isə fizika fənnindən, V sinif şagirdləri isə riyaziyyat fənnindən, rus bölməsinin V sinif şagirdləri isə mayın 1-də rus dili fənnindən imtahan verəcəklər.