“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”

“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
SİYASƏT
16:26 10.10.2026
571
"Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu gün Bakıda Ramzan Kadırovu qəbul edərkən deyib.
"Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar.

Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir”, - dövlət başçısı bildirib.
OXŞAR XƏBƏRLƏR