Vatikan mediası Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpası layihəsindən yazır

Vatikan mediası Mehriban Əliyevanın iştirakı ilə Komodilya katakombalarının bərpası layihəsindən yazır
SİYASƏT
09:49 17.10.2025
253
Müqəddəs Taxt-Tacın informasiya resursları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 16-da Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışını diqqətdə saxlayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Vatikanın yeganə rəsmi mətbuat orqanı olan "L"Osservatore Romano" qəzetinin yazısında açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyevanın, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobonenin, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazinin və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkerinin iştirak etdikləri bildirilir. Qeyd edilir ki, Birinci vitse-prezident və ailə üzvləri layihə çərçivəsində həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.

Eyni zamanda, bərpa işlərinin Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında 2021-ci ilin martın 4-də imzalanan müqavilə çərçivəsində həyata keçirildiyi xatırladılır.

Müqəddəs Taxt-Tacın "Vatican News" portalının yaydığı materialda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihənin katakombada mövcud olan Roma erkən xristianlıq dövrünə aid ilk artefaktları yenidən görməyə imkan yaratdığı qeyd olunur. Diqqətə çatdırılır ki, katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və Orta əsrlərdə ziyarətgah olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pyotra Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır.

Vurğulanır ki, daha əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihə - Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası həyata keçirilib.

Katolik icmasına məxsus olan "Parrocchia San Michele Arcangelo - Neviano" potalı isə Heydər Əliyev Fondunun göstərdiyi dəstək sayəsində katakombanın böyük arxeoloji dəyərə malik olan hissəsinin uçmaq təhlükəsindən qorunduğu bildirilir. Qeyd olunur ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası əməkdaşlığı sayəsində Komodilya katakombaları erkən xristianlıq dövrünün mühüm nümunələrinin qorunduğu Romanın bu bölgəsi arxeoloji tur şəbəkəsinə yenidən daxil edilə bilər.

Dini və tarixi əhəmiyyət daşıyan Komodilya katakombaları ictimaiyyətə açıq olacaq.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat