"Vətən Sağ olsun” adlı yeni mahnı yazılıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə "MZ” production tərəfindən
yeni vətən marşı tamaşaçıların ixtiyarına verilib. Döyüş ruhlu, qələbə əzmli olan bu mahnı
gənclərin vətənpərvər hislərini əks etdirir. Mahnının sözləri Vüqar Əbdülova, musiqisi Camal
Qurbanova, aranjıman: Həsən Agayevə məxsusdur. Mahnını Azər Zeyn ifa edib.
Sosial şəbəkələrdə yayımlanan ifanın linkini sizə təqdim edirik : https://www.youtube.com/watch?v=-Ui3KIVaOWs
Qeyd edək ki, mahnı "Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq” layihəsində səslənir. Məqsədi gənclər arasında hərbi vətənpərvərlik, Vətənə sədaqət, Vətəni qorumaq kimi müqəddəs hisslərin daha da gücləndirilməsi ilə yanaşı, gənclərin daha da mətin, mübariz və cəsarətli olması üçün stimul yaratmaq olan bu layihəyə 4000-dən çox gənc müraciət edib. Yarışın əsas şərtlərindən biri hərbi xidmətdə olmayan, 18-23 yaş arası çağırışçı gənc oğlan və qızların iştirakı idi. Müraciət edənlərin 2800-dən çoxu həqiqi xidmətdə olan gəncləridi.

1256 nəfər ilkin
seçim turuna dəvət olundu.
Verilişin şərtlərinə uyğun gələn 156 gənc 2-ci seçim turuna dəvət edildi.
İkinci seçim turu müsahibə xarakterli keçirildi və 50 nəfərə yaxın gənc seçildi və
onlardan 13 nəfəri sonuncu seçim turuna dəvət edildi.
Tibbi sağlamlıq komissiyası və fiziki gücün yoxlanılmasından keçərək "N” saylı hərbi
hissədə keçirilən yarışa minlərlə gəncin arasından 10 tələbə seçilərək iştirak hüququ qazandı.
Yarış 24 oktyabr tarixindən hər həftənin şənbə gün saat 11:15-də İctimai TV-də yayımlanacaq.
Yarışın yayımlanacağı youtube Kanalı Link: https://www.youtube.com/channel/UC-ZEi6hS84tP0s3A9zlYAEA