Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
İQTİSADİYYAT
12:12 02.11.2026
226
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı – "Məhsul bayramı” baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.
 
Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, müəllim və işçi heyəti, tələbələr, tərəfdaş şirkətlərin nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.
 
Tədbirin rəsmi açılışında çıxış edən ADA Universitetinin birinci prorektoru Qalib Məmməd ötən il həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verərək "Qonşuluq” təşəbbüsünə xüsusi diqqət çəkib. O, ötən il toplanmış vəsait hesabına Qala kəndində həyata keçirilən bu layihənin uşaqlara erkən yaşlardan mehriban qonşuluq dəyərlərini aşıladığını bildirib. Layihənin şagirdlərə yaşadıqları mühiti və təbiəti qorumağın vacibliyini öyrətdiyini, onlarda ekoloji və sosial məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini vurğulayıb.
 
Daha sonra çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu şirkətlər qrupunun uzun illərdir Azərbaycan universitetləri ilə əməkdaşlıq strategiyasını ardıcıl şəkildə həyata keçirdiyini qeyd edib. O, bu tərəfdaşlıqların həm universitetlər, həm də şirkətlər qrupu üçün qarşılıqlı fayda yaratdığını bildirib. ADA Universiteti ilə səmərəli əməkdaşlığın bugünkü tədbirdə də öz əksini tapdığını vurğulayan Aydın Veysəloğlu xeyriyyə məqsədi daşıyan bu təşəbbüsün nəcib məramına diqqət çəkərək hər kəsi fəal iştirak etməyə çağırıb.
 
Rəsmi hissədən sonra tədbir zəngin bədii proqramla davam edib. ADA Məktəbi, Q. Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, F. Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbi, həmçinin 24 və 33 nömrəli 11 illik Musiqi Məktəblərinin şagirdləri tərəfindən hazırlanan musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhval-ruhiyyəsi qatıb.
 
Həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllimi, beynəlxalq müsabiqələr qalibi və gənclər mükafatçısı, tarzən İbrahim Babayev öz rəngarəng çıxışları ilə qonaqlara xoş anlar bəxş edib.
 
Tədbir çərçivəsində ADA Məktəbi şagirdləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgisi və satışı təşkil olunub. Sərgi-satışdan toplanan vəsait təhsil yönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüs festivalın mənəvi dəyərini daha da artıraraq xeyirxahlıq ruhunu nümayiş etdirir.
 
ADA Məhsul Bayramı çərçivəsində, Heykəltəraşlıq Simpoziumunun yekunu olaraq, ADA məktəbində üç yeni heykəltəraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltəraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir.
 
Qeyd edək ki, keçən ilki "Məhsul bayramı" zamanı toplanmış 27,309 AZN məbləğində vəsait hesabına 4 vacib sosial layihə – "Tikiş Bacarıqlarından Peşəyə”, "Sənətkarlıq Dərsləri”, "Bir ADA-nın sirri”, eləcə də 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin uşaqlarının birgə iştirakı ilə həyata keçirilən "Dostluq Körpüsü” layihəsi uğurla reallaşdırılıb. Ümumilikdə 600 nəfərin bəhrələndiyi bu təşəbbüslər uşaqların yaradıcılığını, sosial inteqrasiyasını, peşə bacarıqlarını və şəxsi inkişafını dəstəkləməklə yanaşı, müxtəlif sosial mühitlərdən olan uşaqlar arasında dostluq və əməkdaşlıq körpüsü yaradır.
 
Festivalın əsas və daimi tərəfdaşı olan Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan bizneslər — "Veysəloğlu Distribusiya”, "Ulduz”, "Araz” və "OBA” marketlər şəbəkələri, "Xonça”, "Veysəloğlu-Rossmann”, "Decoliv”, "O to Go” və "Entree” — tədbirə yaxından dəstək göstəriblər. Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, həmçinin qeyri-qida malları satışa çıxarılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026