«WikiLeaks» Türkiyə-Ermənistan razılaşmasını açdı

«WikiLeaks» Türkiyə-Ermənistan razılaşmasını açdı
Bütün Xəbərlər
11:53 14.09.2011
2056
Azərbaycan-Türkiyə münasibətlərində böhran Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıcın 5 aprel 2009-cu il bazar günü amerikalı həmkarı Enn Dersə “çox həyəcanlı” zənginə səbəb olub.Bu barədə aprelin 7-də Amerika səfiri Vaşinqtona məxfi məktubunda yazıb. Məktub «WikiLeaks» saytı tərəfindən dərc olunub.Türkiyə səfiri ABŞ-dan rəsmi Bakını Ermənistan-Türkiyə sərhədi açıldıqdan sonra Ermənistanın Qarabağ nizamlanması üzrə danışıqları davam etdirəcəyinə inandırmağı xahiş edib. Hulusi Kılıç qeyd edib ki, Azərbaycan hökuməti ona açıq aşkar bildirib ki, Türkiyə sərhədlərin açılması üçün Bakının razılığını istəyirsə, Ermənistandan təməl prinsiplərin qəbulunu tələb etməlidir.İlham Əliyevin İstanbul sammitinə getməkdən imtina etməsini Kılıç iki ölkə arasında artan qarşıdurmanın əlaməti və Azərbaycanın müstəqilliyi dövründə ən dərin böhran kimi qiymətləndirib. Daha sonra o, prezident Obamanın şəxsi müdaxiləsinin Bakı və Ankara arasında münasibətlərin tamamilə pisləşməsinin qarşısını ala bilər. “Biz Ermənistanla problemi həll etmək istəyirik, amma Azərbaycanı itirmək hesabına yox. Balans tapmalıyıq”, deyə Kılıç qeyd edib.O bildirib ki, İlham Əliyev prezident Obamanın, ondan daha əvvəl isə dövlət katibi Klintonun zəng etməsinə baxmayaraq, İstanbula getməkdən imtina edib. Bundan başqa, baş nazir Ərdoğan, daha öncə isə prezident Abdulla Gül ona zəng etmişdi. Lakin Türkiyənin Qarabağ məsələsi həll olmadan sərhədləri açmayacağına dair bütün təminatlar Əliyevi fikrini dəyişməyə və İstanbula gəlməyə razı salmayıb.Kılıç Azərbaycan mətbuatının, habelə Azərbaycan parlamentindən müxalifətə qədər bütün səviyyələrdə kəskin reaksiyadan narahat olmuşdu. Bundan başqa, Bakıda yaşayan türk vətəndaşları yerli əhali tərəfindən onlara qarşı mənfi münasibət olmasından gileylənirlər.Kılıç həmçinin qeyd edib ki, Rusiya, İran və Ermənistan özü Türkiyəni barışığa tərəf itələyir. Onlar Tehranın, Moskvanın və Yerevanın geosiyasi mövqeyini möhkəmləndirmək üçün Azərbaycan və Türkiyənin qarşıdurmasında maraqlıdırlar. Kılıç Ermənistana təzyiq göstərməyi və ABŞ və Avropada erməni lobbisini durdurmağı xahiş edib.Ders öz şərhində yazır ki, səfirə bundan bir gün əvvəl İlham Əliyevlə görüşünün yekunları barədə məlumat verib. Belə ki, aprelin 3-də o və həmin vaxt dövlət katibinin köməkçisi olan Metyu Brayza Əliyev və XİN rəhbəri Məmmədyarovla Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı fonunda Azərbaycan-Türkiyə münasibətlərinin vəziyyətini müzakirə ediblər. Növbəti teleqramda Ders bu görüşün mahiyyətini açıqlayır. Brayza deyib ki, onu Vaşinqtonun Ermənistan-Türkiyə sərhədinin açılmasının Qarabağ nizamlanmasında sıçrayışla müşaiyət olunmasına çalışdığı mesajı ilə dövlət katibi Klinton göndərib. O, həmçinin deyib ki, prezident Obama 6-7 aprel tarixlərində İstanbulda Əliyevlə görüşmək istəyir.Buna cavabda prezident Əliyev Türkiyənin ünvanına Azərbaycana münasibətdə “yalançılıq və satqınlıq” ittihamları ilə cavab verib. “Heç vaxt düşünməzdik ki, Türkiyə bizi belə ucuza satacaq. Prezident Gül mənə söz vermişdi ki, münaqişə nizamlanmadan sərhədlər açılmayacaq. O, yalan deyib və mən artıq buna inanmıram”, deyə Ders Əliyevdən sitat gətirib.Daha sonra İlham Əliyev baş nazir Ərdoğanın Bakını sərhədlərin açılmasına razılaşdırmaq tapşırığı ilə Türkiyə XİN rəhbəri Babacanın missiyası haqqında danışıb. Öz növbəsində, Bakı xarici işlər nazirinin müavini Araz Əzimovu bu məsələdə birgə strategiya hazırlamaq üçün Ankaraya göndərib, lakin Əzimov iki dəfə əliboş qayıdıb, deyə Əliyev bildirib.“Türkiyə heç vaxt unudulmayacaq tarixi səhvə yol verir. Bizim münasibətlərimiz əvvəlki kimi olmayacaq. Biz artıq bir xalq deyilik və heç vaxt olmayacağıq”, deyə Əliyev qeyd edib.O, həmçinin qeyd edib ki, iki ölkənin enerji əməkdaşlığının sonu gələcək və Türkiyə bütün türk dünyasının həmrəyliyini itirəcək. Əliyev deyib ki, özünü Gül və Ərdoğan tərəfindən aldadılmış hiss edir və bu halda İstanbula getməyin əhəmiyyəti yoxdur. Brayzanın bu məsələləri birbaşa ABŞ-ın ali rəhbərliyi ilə müzakirə etmək təklifinə Əliyev bildirib ki, Bakı ermənilərin xoş məram kimi Qarabağ ətrafında beş rayonu azad etməsi, nizamlanma prosesinin də davam etməsi şərti ilə sərhədlərin açılmasına razılaşa bilər.Buna cavabda Brayza qeyd edib ki, tərəflər mövzuları və gündəliyi kifayət qədər çətinliklə və uzun müddətdir ki, razılaşdırırlar, belə olan halda beş rayonun azad edilməsinə nail olmaq çətindir.Dersin elə bu mövzuda üçüncü teleqramı aprelin 3-də səfir, Metyu Brayza, Hulusi Kılıç və xarici işləri nazirinin müavini Araz Əzimovun iştirakı ilə nahar yeməyinə aiddir.

Kılıç Əliyevin sərhədlərin açılmasını Qarabağ nizamlanması ilə əlaqələndirmək tələbi və İstanbula getməkdən imtinasını təsdiq etməsi haqqında xəbərlərdən məyus olmuşdu.

Turan agentliyi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir