Wolt+ və ya çatdırılma bazarının Netflix abunəliyi

Wolt+ və ya çatdırılma bazarının Netflix abunəliyi
İQTİSADİYYAT
11:59 18.05.2023
660
Bu gündən etibarən Wolt Azərbaycanda abunəlik əsasında çatdırılma xidmətini təklif edən ilk şirkət olacaq. Bu abunəlik ilə istifadəçilər ödənişsiz çatdırılma haqqı ilə yüzlərlə restoran və mağazalardan sifariş vermək imkanı əldə edəcəklər. Xidmət artıq əlçatandır və ilk 30 gün ərzində bütün istifadəçilər tərəfindən ödənişsiz sınaqdan keçirilə bilər.

AZXEBER.COM xəbər verir ki, "Wolt Azərbaycan”-ın baş meneceri Tofiq Süleymanovun sözlərinə görə, Wolt+ xidmətini izah etməyin ən asan yolu onu Netflix ilə müqayisə etməkdir. "Qısaca olaraq Wolt+ istifadəçiləri Netflixdəki kimi aylıq ödəniş ödəyərək, abunəliyə daxil olan restoranlardan və ya mağazalardan heç bir çatdırılma haqqı olmadan sifariş verə bilərlər”.

Tofiq Süleymanov qeyd edib ki, koronavirus pandemiyası insanların vərdişlərini dəyişib və onların həyatını asanlaşdıran xidmətləri populyarlaşdırıb. "Koronavirus məhdudiyyətləri aradan qaldırılsa da, insanlar həyatlarını asanlaşdıran vərdişlərindən imtina etmək istəmirlər. Yemək və ya mağazalardan çatdırılma bir çox insan üçün normaya çevrilsə də, ödənişsiz olması bir çoxlarının istəyi idi. Wolt+ ilə istifadəçilər ayda 1 dəfə abunəlik haqqı ödəyərək, seçilmiş məkanlardan olan sifarişlərdə çatdırılma haqqı ödənişlərindən azad olunacaqlar.”

Wolt+ nədir?

Wolt+ xidməti ilə istifadəçi aylıq ödəniş ödəməklə Wolt+ abunəliyinə qoşulmuş restoran və ya  mağazadan verdiyi hər sifariş üçün ödənişsiz çatdırılma haqqı əldə edir. 

Ayda cəmi 5.49 AZN ödəyərək, bütün istifadəçilər pulsuz çatdırılmadan yararlana bilər. Əgər siz ay ərzində 2 dəfədən çox sifariş edirsinizsə, qənaət etdiyiniz məbləğ aylıq ödənişdən daha çox olur.

Bu necə işləyir?
Wolt+ abunəliyinə qoşulduqdan sonra istifadəçilər Wolt+ daxil olan məkanları Wolt tətbiqində kiçik W+ loqosu ilə tanıya bilərlər. Bu məkanlar istifadəçinin ətrafında olan 4 km radiusu əhatə edir və ödənişsiz çatdırılma abunəliyinin bir hissəsidir. İstifadəçi öz sifarişini əvvəlki kimi yerləşdirir, lakin ödəniş mərhələsinə çatdıqda çatdırılma haqqı əlavə olunmur. İstifadəçi istənilən vaxt hesaba daxil olaraq, Wolt+ bölməsindən abunəliyi ləğv edə bilər. 

Wolt+ abunəliyi hal-hazırda Bakı şəhərində aktivdir və 8 AZN-dən başlayan minimal sifariş məbləği ilə keçərlidir. 

Wolt şirkəti haqqında

Wolt restoran və mağazalardan çatdırılmanı təmin edən və asanlaşdıran texnologiya şirkətidir. On minlərlə restoran və mağaza partnyorları ilə 25 ölkənin 250-dən çox şəhərində yüz minlərlə kuryer tərəfdaşları ilə fəaliyyət göstərir. Wolt şirkəti 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunub və baş icraçı direktoru olan Miki Kuusi tərəfindən idarə olunur. 9 noyabr 2021-ci ildə Wolt və Doordash şirkətlərinin birləşməsi haqqında rəsmi olaraq elan olunub. Bu gün DoorDash 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i Wolt məhsulu və brendindən istifadə edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var