Xalq artisti “Bolt”dan şikayətçidir - “Biabırçılıqdır, fırıldaqçılıq edirlər”

Xalq artisti “Bolt”dan şikayətçidir - “Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
SOSİAL
19:43 21.08.2026
238
Xalq artisdi Cahangir Novruzov  qatıldığı verilişdə "Bolt” taksi xidməti ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

AZXEBER.COM  xəbər verir ki, aktyor verilişə gecikməsinin səbəbi kimi "Bolt” taksilərini göstərib:

"Verilişə 15 dəqiqə gecikməyimin təqsiri məndə deyil. Millətə demək istəyirəm ki, "Bolt”a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq var. Telefon tətbiqində "önərilən”, yəni uyğun hesab edilən bölməsi var. Həmin bölməyə uyğun olaraq avtomobillərə və gedilən məsafəyə qiymət müəyyənləşdirilir. Biz də onu seçirik. Tətbiqdə iki dəqiqə göstərilir, lakin onu seçdikdə həmin iki dəqiqə doqquz dəqiqəyə çevrilir. Gözləyirsən. Mən 20-22 dəqiqə gözləməli oldum. Üç maşın dəyişdi. Bir qədər bahalı xidməti seçmək də insanı psixoloji olaraq incidir”.
 
OXŞAR XƏBƏRLƏR