AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, poliklinikada xəstələrin qəbulu zamanı ciddi sıxlıq yaranır.
Sakinlər deyirlər ki, Sumqayıt üzrə yalnız bir psixiatr həkim fəaliyyət göstərir, bu isə kifayət etmir. Nəticədə uzun növbələr yaranır, qəbul prosesi gecikir.
Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər”ə bildirildi ki, mövcud vəziyyət araşdırılır və vətəndaşların qəbulunun daha səmərəli təşkili istiqamətində tədbir görülür. Vətəndaşlar problemin tezliklə həll olunacağına ümid edirlər.











































