Xəyalə: "Evlilikdə xanımlar üçün bakirəlik mütləqdir" - VİDEO

MAQAZİN
15:12 27.02.2020
7600
"AZXEBER.COM"-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış aktrisa, teleaparıcı Xəyalə Quliyevadır.
 
Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.
 
Xəyalə qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.

O şəxsi həyatından, sənətindən danışıb.

Həmin süjeti təqdim edirik:


 
- İndi "çəkirəm ha" çəkməyə...
- Səbr yoxdur.

- Ona görə veriliş aparmıram ki...
- Çünki ürəyimə yatan veriliş yoxdur.
 
- İndi aktrisa olmaq...
- Asandır
 
- Evli olsam da, yenə mənə sevgi etirafları...
- Olur
 
- Rejissorların işi məni...
- Bəziləri məni qane edir, bəzilər yox

- Azərbaycanda aktrisalar intim sehneye ona görə çəkilmir ki...
- Çünki insanlar bunu film kimi qəbul etmirlər

- Kişilərin sevdiyi qadın obrazı...
- Ağıllı, sözə baxan, başıaşağı

- Açıq-saçıq geyim qadının...
- Öz güvənsizliyidir
 
- Ona görə komediya janrı sevilir ki...
- Çünki camaatın gülməyə çox ehtiyacı var
 
- Cəfər Cabbarlının nəvəsi ilə olan məhkəməm...
- Sülhlə bitdi
 
- İndiki aparcılar...
- Bərbaddır.
 
- Bədənimin əməliyyat olunan nahiyəsi...
- Arıqlamaq istərdim amma buna da şükür
 
- Həyat yoldaşımın mənə qadağası...
- Onun qısqanclığı başlayanda, mənim azadlığım bitir
 
- Qadın xəyanət edirsə...
- Deməzdim kişinin günahıdır. Bəlkə yapısı belədir.
 
- Xarici aktrisalar bizdə
- Havalanarlar.
 
- O vaxtki, ATV ilə indiki arasında fərq..
- Çoxdur.
 
- "Çəkirəm ha"nın mənə ən böyük qazancı...
- Bu gündə məni görəndə "Çəkirəm ha" deyirlər. Ondan sonra 8 veriliş aparmışam o qədər tanımırlar.
 
- Maşın şou həyatımda...
- Böyük dönəm olub. 18 gün başqa planetdə idim.
 
- Qaynanamın mənim üçün...
- Ürəyi gedir.
 
- Həyat yoldaşım...
- Əsl həyat yoldaşıdır.
 
- Övladlarımıza məsləhətim...
- Telefonla az oynasınlar.
 
- Qadın ona görə şiddətə məruz qalır ki...
- Keçinin əcəli çatanda çobanın çubuğuna sürtür. Hardasa bəlkə öz günahı var. Ancaq qadına şiddətə yox deyirəm.
 
- Qadını döyən kişi...
- Acizdir. Kişi zəifdirsə, özünü qadının üzərində göstərir.
 
- Boşanmış qadınlara məsləhətim...
- Boşanmış qadınlar birmənalı qarşılanmırlar. Sanki ikinci dərəcəli kimi baxırlar. Ailə həyatı qursalar da kimin ailəsini dağıtmasınlar.
 
- Xəyanəti bağışlayan qadın..
- Deməli çox sevir
 
 - Evlilikdə xanım üçün bakirəlik...
- Mütləqdir.

OXŞAR XƏBƏRLƏR