"Xəzər Lənkəran" - "İnter" matçından sonra qan töküldü

İDMAN
22:38 04.12.2011
2008
Xəbər verdiyimiz kimi, bu gün Premyer Liqanın 15-ci turunun mərkəzi oyununda “İnter” Lənkəran stadionunda yerli komandayla qarşılaşdı və 1:0 hesabıyla "Xəzər Lənkəran"a qalib gəldi. Lakin azerisport.az klubun saytına istinadən xəbər verir ki, bu qələbə qonaqlara baha başa gəlib. Belə ki, oyundan sonra stadionda xoşagəlməz hadisə baş verib. Tribunadan atılan bərk əşya komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin başına dəyib və o, ciddi xəsarət alıb. Paytaxt klubunun həkimləri hadisə yerində Tsxadadzeyə təcili yardım göstəriblər. Bu səbəbə görə baş məşqçi oyunsonrası mətbuat konfrasında da iştirak edə bilməyib. Onu köməkçisi Giorgi Çixradze əvəz edib.

OXŞAR XƏBƏRLƏR