XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb

XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
SİYASƏT
21:00 06.07.2025
1106
3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "Davamlı və İqlimə dayanıqlı Gələcək naminə İƏT-in Yeni Baxışı” mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.

İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommunikesi qəbul edilib.

Xankəndi Kommunikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.

Kommünikedə bununla yanaşı, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.

Zirvə görüşünün mövzusuna uyğun olaraq, İƏT-in gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.

İƏT regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib.

Kommünikedə İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və İƏT Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.

Sənəddə "İƏT Sərmayə”, Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, İƏT Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.

Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.

Xankəndi Kommünikesi ilə aşağıdakı internet keçiddə tanış olmaq mümkündür:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
16:26 05.11.2026
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir