"Ya sürgün həyatı sürəcəksən, ya məhkəməyə gələcəksən" - Flora Kərimovadan Afətə

"Ya sürgün həyatı sürəcəksən, ya məhkəməyə gələcəksən" - Flora Kərimovadan Afətə
MAQAZİN
13:03 23.05.2022
690
"Bir insana ya vətəndaşlığına görə hörmət edərsən, ya şəxsiyyətinə, ya analığına, ya insanlığına, ya qadınlığına... Və bir insan ki, qərəzli məqsədi üçün hər şeyindən keçir, vay onun halına".

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib. Müğənni hazırda məhkəmə işi davam edən ifaçı Afət Fərmanqızına məktub ünvanlayıb. Məktubda bunlar qeyd edilib:

"Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim! Bu daha bir son olsun! Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan!? Necə məni özünlə eyni tərəziyə qoyursan?! Gülməli deyilmi?!

Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət! 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təffəkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?!

"Müxalifət Flora" deyib məqsədini "hesablayıb", hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam?! Bir gün birinə eyham vurursan, sabah başqasına... Budur yeganə çıxış yolun?
 
Əzbərlədiyin "açıqlayacam", "mənə göndəriblər", "Əlimdə faktlarım var" boş-boş hədələdiyin əməllərdən nə vaxt keçəcəksən? Nə gözləyirsən, nədir səni saxlayan? Məni məhkəməyə "verirmişəm" deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən.

"Ad çəkmirəm" deyib ağlına görə Ruhi Əliyevaya, Nazəninə atmadığın böhtan qalmadı. Bu hal hamilə qadının halından çox "dövrdən" kəsilən qadınları xatırladır. Məndən öncə kiminlə ədavətin olub, kimlər səni çeynəyib, kimlər səni əzib bunun mənə nə aidiyyatı var? Sən şükür elə sənə yazıqları gəlib atdığın şərlərə görə məhkəməyə vermirlər.

Bugünki gülünc "səs-küyün", TikTokda, instaqramda sifarişli paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xirdaçılığınla mənim adımdan hərif əskiləcək?

İki il... Düz iki il susdum ki, bəlkə gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib "zəfərinlə" öyünmək idi. 

Qadınlığına, oğluna yazığım gəldi ki, anasının düşməni mən olmayım. Hər kim olsan belə anasısan. Mən də oğul anasıyam. Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin özünün-özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər. Tanrı möhlət verərsə, hər kəlmənin haqq - hesabını çürüdəcəm. Gizlənməyin, qacmağın başqa sifəti var? Bir gün olmaramsa, mən bəziləri kimi sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var... Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyil. Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək