YAP-çı deputat Əli Kərimlinin statusunu bəyənib? - AÇIQLAMA

YAP-çı deputat Əli Kərimlinin statusunu bəyənib? - AÇIQLAMA
SİYASƏT
14:47 27.10.2025
610

"Cinayətkar və xəyanətkar şəbəkəyə olan mövqeyim bəllidir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "yeni sabah”a açıqlamasında Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Müşviq Məmmədli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiya sədri Əli Kərimli ilə bağlı statusunu bəyənməsi ilə bağlı danışarkən deyib.

"Mən Yeni Azərbaycan Partiyasını təmsil edən bir deputat kimi Azərbaycan xalqını, dövlətini hakimiyyətdə olduqları zaman uçuruma aparmış xəyanətkar siyasi xətt tərəfdarlarına heç zaman müsbət münasibət bildirmərəm. Bu qeyri-mümkündür. Azərbaycan siyasətində Ulu öndər Heydər Əliyevin siyasi xətti var. Onun davamçısı Prezident İlham Əliyev müzəffər Ali Baş Komandandır. Hazırda cənab Prezidentin yürütdüyü siyasətin alternativi yoxdur. YAP-ı təmsil edən bir deputat olaraq, mən də bu siyasi xəttin tərəfdarıyam, hər zaman bu belə olub və olacaqdır”, - M.Məmməd bildirib. 

Deputat sosial şəbəkə hesablarının özünün yox, köməkçilərinin tərəfindən idarə olunduğunu söyləyib:

"Bu məsələlərdə mövqeyimiz birmənalıdır, qətidir. O ki qaldı cinayətkar və xəyanətkar şəbəkəyə, onlar bir dəfə hakimiyyətdə təmsil olunanda xalqımızı hansı istiqamətə aparırdılarsa, bu bəllidir. Burada olan məsələni biz araşdırırıq. Təxribat xarakterli də ola bilər. Sosial şəbəkələr bizim köməkçilərimiz tərəfindən idarə olunur. Həmin səhv texniki, yaxud mexaniki xarakter daşıya bilər. Amma yenə də deyim ki, mənim Əli Kərimli ilə bağlı fikiri bəyənməyim qeyri-mümkündür. Mənim siyasi mövqeyim bəllidir”.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Facebook” səhifəsində jurnalist Rahim Hacıyevin partiya sədri Əli Kərimli barədə yazdığı qısa məqaləni paylaşıb. Diqqət çəkən məqam isə paylaşımın özü deyil, bu addıma Yeni Azərbaycan Partiyasının üzvü, 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin reaksiyası olub. Belə ki, o, F.Qəhrəmanlının paylaşımını bəyənib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR