Yelo Bank 3-cü rübü uğurla başa vurdu

Yelo Bank 3-cü rübü uğurla başa vurdu
İQTİSADİYYAT
16:19 26.10.2022
552

Yelo Bank 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Bank əsas maliyyə göstəriciləri üzrə pozitiv artım dinamikasını qorumaqla rübü tamamlayıb. 

 

AZXEBER.COM xəbər verir ki, cari ilin əvvəlindən Bank 3.2 mln manat xalis mənfəət əldə edib. Hesabata görə üçüncü rübün sonunda Bankın cəmi aktivləri 795 milyon manatı ötüb. 


Həm biznes, həm də istehlak kredit portfelində müsbət artım tendensiyası bu rüb də davam edib. İlin əvvəlindən Yelo Bank-ın kredit portfeli 134 mln manat artaraq 580 mln manat olub. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 362 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 60% artım deməkdir. Qeyd edək ki,
kredit portfeli əsasən mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi hesabına artıb.

Hesabat dövründə 6 mindən çox müştəriyə 53 mln manat istehlak krediti verilib. Bu satışın 33%-i onlayn kanallar vasitəsilə həyata keçirilib. Nəticədə il ərzində ümumi istehlak kredit portfelinin həcmi artaraq 200 mln manata yüksəlib.

Bu dövr üzrə əmanət portfelində də artım müşahidə olunur. İlin əvvəlindən 6 mindən çox müştəri 215 mln manatdan çox vəsaitini Yelo Bank-a etibar edib. Nəticədə Bankın depozit portfeli 36%-lik çoxalma ilə 550 mln manatı keçib. 

Eyni zamanda hesabat dövrü ərzində Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 35% artaraq 62 mln manata çatıb.

Hazırda Bankın məcmu kapitalı 93 mln manat təşkil edir. Bu göstərici də requlyativ tələbdən 43 mln manat çox olmaqla Bankın güclü kapital dayanıqlığını ifadə edir. Məcmu kapitalın adekvatlıq əmsalı 13.93%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.44% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.  

Yelo Bank-ın uğurları bununla bitmir. Nağdsız əməliyyatların stimullaşdırılması istiqamətində Bank cari il ərzində mühüm layihələr və xidmətlər təqdim edib. Bütün bunların nəticəsi olaraq 2022-ci ilin əvvəlindən Bankın nağdsız ödəmə dövriyyəsi 70%-dək çoxalıb. Kart hesabındakı qalıq vəsaitlərin həcmi isə ikiqat artıb. Bu tədbirlərin davamı kimi Yelo Bank il sonunadək daha bir neçə innovativ funksionallıqların təqdim etməyiplanlaşdırır.


Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR