Yelo Bank “İlin Bankı” seçildi

Yelo Bank “İlin Bankı” seçildi
İQTİSADİYYAT
13:21 22.12.2021
473
Dekabrın 17-də "Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə Yelo Bank "İlin bankı” nominasiyasında qalib gəlib.

"Parlaq bankçılıq" şüarı ilə fəaliyyət göstərən Yelo Bank 2021-ci il ərzində xidmət şəbəkəsini yeniləməklə bərabər, bir sıra yeni onlayn xidmətlər də istifadəyə verib. Təqdim olunan bütün yeniliklərin əsas məqsədi müştərilərin harada olmaqlarından asılı olmayaraq onlara yaxın olmaq və ən yaxşı xidməti göstərə bilməkdir.

Tədbirdə mükafatı qəbul etmiş Yelo Bank-ın Baş biznes inzibatçısının müavini Vaqif Babayev Bankın gördüyü işin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib: "Çox şadıq ki, rebrendinq prosesindən qısa müddət sonra artıq hiss olunan nəticələr əldə edə bilmişik. Bu il qəbul edilmiş strategiyamıza uyğun olaraq bütün biznes istiqamətləri üzrə stabil inkişafa nail olmuşuq. Qarşıdakı il də həm məhsullarımızı, həm də xidmət keyfiyyətini daha da artırmaqla müştərilər üçün yeni və rahat həllər təqdim etməyi planlaşdırırıq”.

"Caspian Business Award” mükafatının təqdimetmə mərasimində "Caspian Energy Club”a üzv şirkətlərinin, dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan, ölkə iqtisadiyyatının daha sürətli inkişafına töhfə vermiş şirkət və qurumlar mükafatlandırılıb.

Tədbirin təşkilatçısı olan "Caspian Energy Club” sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Klubun əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.

Qeyd edək ki, Yelo Bank ötən il də nüfuzlu beynəlxalq nəşr olan Capital Finance International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası - Azərbaycan 2020" nominasiyasında qalib olmuşdu!

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin onlayn kredit sifarişi xidmətimizdən faydalana bilərsiniz.

Yelo Bank – Parlaq bankçılıq!
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR