Yelo Bank-ın dəstəyi ilə Bakıda növbəti SHE Congress keçirildi

Yelo Bank-ın dəstəyi ilə Bakıda növbəti SHE Congress keçirildi
İQTİSADİYYAT
16:26 19.05.2023
484
Mayın 17-i Yelo Bank-ın dəstəyi və Azerbaijan Business Women-in təşkilatçılığı ilə Bakıda "SHE Congress" baş tutdu.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələri və Azərbaycandan 500-ə yaxın işgüzar xanım iştirak edib. "Öz həyatına sahib ol” ("Own your life”) şüarı altında keçirilən konfransda bir-birindən maraqlı çıxışlar, panel müzakirələri və sual-cavab sessiyaları baş tutub. Yelo Bank tədbirdə İdarə Heyətinin sədri Anar Həsənov və Bankın İnsan Kapitalının İdarəedilməsi departamentinin rəhbəri Nigar ibadzadə ilə təmsil olunub. Anar Həsənov öz çıxışında tarix boyu Azərbaycan qadının ölkəmizin inkişafındakı böyük rolu, xanım rəhbərlərin də fəal iştirakı ilə Bankımızın keçdiyi uğurlu inkişaf yolu və şəxsi təcrübələrini bölüşdü. Nigar İbadzadə isə "Uğurun ölçüləri” mövzusundakı çıxışı ilə auditoriyanı ruhlandırmağa müvəffəq oldu. 
 
Tədbir təkcə çıxış və müzakirə panellərindən ibarət deyildi. Yelo Bank-ın təşkil etdiyi "giveaway"də 3 təsadüfi iştirakçıya sarı iPhone 14 hədiyyə edildi. Bundan başqa iştirakçılar Yelo Bank tərəfindən təşkil edilmiş xüsusi foto zonada əsl ulduz kimi parladılar.
 
Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Yelo Bank daha parlaq və bərabər hüquqlu gələcəyi dəstəkləyir. Bank davamlı olaraq qadınların inkişafı naminə karyera imkanlarını artıran tədbir və layihələr həyata keçirir.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. Yelo Bank AR Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981

Yelo Bank – Parlaq bankçılıq!
 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var