Yelo Bank-ın əmanət və kredit portfelləri yarım milyardı ötdü

Yelo Bank-ın əmanət və kredit portfelləri yarım milyardı ötdü
İQTİSADİYYAT
14:54 25.07.2022
717

Yelo Bank 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqladı. Bank bütün parametrləri üzrəmüsbət tendensiyanı davam etdirir.

 

AZXEBER.COM xəbər verur ki, hesabata görə Yelo Bank cari ilin ilk 6 ayı üzrə 2.4 milyon manata yaxın xalis mənfəət əldə edib.


 

Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 216 milyon, yəni 40% artaraq 750 milyon manatı ötüb.


 

Hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 18% artaraq 25 milyon manatdan çox olub. Qeyri-faiz gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artıb.





 

Bankın əmanət portfelində də nəzərə çarpan artım var.Portfel son 6 ayda 156 milyon manat artaraq 509 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayının sürətlə artması Bank-ın həm şərtlər, həm də xidmət keyfiyyəti baxımından cəlbedici olduğunu göstərir.





 

İlin əvvəlindənYelo Bank-ın kredit portfeli 91 milyon artaraq 537 milyon manata çatıb.Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank-ın prioritet istiqamətlərdən olanreal sektorun maliyyələşməsinə yönəldilib.2022-ci ildə artıq9 mindən çox müştəriyə 185 milyon manat biznes krediti verilib və nəticədə biznesportfel 28% artaraq 331 milyon manat olub. Eyni müddət ərzində 11 mindən çox müştəriyə 85 milyon manat istehlak krediti verilib və nəticədə bu istiqamət üzrə kredit portfeli 134 milyon manata çatıb.Bu satışın demək olar ki, 30%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.


 

Hesabat dövrünə Bank-ın məcmu kapitalı 91 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 41 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 15.45%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.52% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.


 

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: "Əmanət və kredit portfellərində yüksək artım dinamikası həyata keçirilən inkişaf strategiyamızın əsas göstəricilərindəndir. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. İlk 2 rüb ərzində bir neçə yeni rəqəmsal filial istifadəyə verdik, həmçinin innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim etdik. 2022-ci ilin sonunadək bu yenilikləri davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə əminəm".


Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

 

 

 

Yelo Bank – Parlaq bankçılıq!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək