Yelo Bank reabilitasiya mərkəzindəki uşaqlarla birgə quşlar üçün yuvalar hazırladı - FOTOLAR

Yelo Bank reabilitasiya mərkəzindəki uşaqlarla birgə quşlar üçün yuvalar hazırladı - FOTOLAR
İQTİSADİYYAT
17:49 20.04.2022
531
Aprel ayı Autizm Maarifləndirmə ayı kimi qeyd edilir. Bu münasibətlə Yelo Bank-ın və "GID CSR Consulting”in birgə təşəbbüsü ilə növbəti sosial tədbir həyata keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, "Balaca əllərlə rəngli yuvalar" adlı tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində baş tutub. Layihənin əsas məqsədi Mərkəzdə müalicə alan uşaqlara erkən yaşlarından təbiətdəki dostlarımıza qarşı mərhəmət, sevgi hisslərini aşılamaqdır. 

Tədbir autizm spektrli və sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə ixtisaslaşmış psixoloqun interaktiv təlimi ilə başladı və daha sonra quşlar üçün yuvaların qurulması ilə davam etdi. Yekunda uşaqlara Yelo Bank tərəfindən sertifikat və hədiyyələr təqdim olundu. Uşaqların imzası ilə tamamlanmış quş evlərindən bir neçəsi Reabilitasiya Mərkəzinin bağçasındakı ağaclarda yerləşdirildi, digərlərini isə tezliklə Bakı şəhərindəki digər park ərazilərində görə biləcəksiniz.

Xatırladaq ki, bu, Yelo Bank-ın sahibsiz heyvanların qayğısı üçün həyata keçirdiyi ilk sosial layihə deyil. Bundan öncə bank əməkdaşlarının övladları pişik evləri hazırlamış və küçə heyvanlarının xüsusiyyətləri ilə  və onlara düzgün rəftarla bağlı interaktiv təlimdə iştirak etmişdi. Hazırda pişik evləri müxtəlif ictimai-iaşə obyektlərinin qarşısında yerləşdirilib. 

Yelo Bank autizmli və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün daha gözəl bir mühitin formalaşdırılması naminə sosial layihələrinə davam edəcək.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  

Yelo Bank – Parlaq bankçılıq! 
 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış