“Z-blogerlər”in hədəfi: Rusiya informasiya savaşı ilə Azərbaycana təzyiq göstərir

“Z-blogerlər”in hədəfi: Rusiya informasiya savaşı ilə Azərbaycana təzyiq göstərir
SİYASƏT
17:10 15.07.2025
2055
Hacıbəy Heydərli: "Rusiya Azərbaycana qarşı qara piar aparır”

Qulu Məhərrəmli: "Rusiyanın müraciəti təxribat xarakterlidir”

İyulun 14-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.

Mətbuat Şurasından verilən xəbərə görə, iclasda Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq- müdafiə assosiasiyalarına məktubu, həmçinin, həmin məktuba cavab olaraq Şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub.
Qeyd edək ki, "Sputnik Azərbaycan”ın əməkdaşlarının Rusiya kəşfiyyat orqanları ilə  əməkdaşlığı və bununla bağlı həyata keçirilən həbslər fonunda Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqləri davam edir. Azərbaycan Mətbuat Şurası da məsələyə münasibət bildirərək beynəlxalq ictimaiyyətə rəsmi müraciət ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, MŞ İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
 

"Mətbuat Şurasının yaydığı müraciəti geniş yayılıb və müxtəlif dillrə tərcümə olunaraq Avropa ölkələrində də ictimaiyyətə çatdırılıb. Bu sənəd, Rusiyanın informasiya məkanında apardığı təbliğata və siyasətə qarşı yönəlib. Müraciət həmçinin digər ölkələrin daxili işlərinə müdaxilə cəhdlərinə qarşı etiraz nümunəsidir. Media vasitələrinin düşmənçilik aləti kimi istifadə olunması yolverilməzdir. Mətbuat Şurası da bu hallara qarşı qəti mövqe sərgiləyərək etirazını bildirib".

MŞ İdarə Heyətinin üzvü, "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə Azərbaycan Mətbuat Şurasının idarə heyyətinin iclasında son dövrlər Rusiya media seqmentində Azərbaycana qarşı yönəldilən qara piar kampaniyası ilə bağlı müzakirələrin aparıldığını söyləyib:


"Son dövrlər Rusiyanın istər ənənəvi, istər televiziya, istərsə də sosial şəbəkələrində Azərbaycana qarşı dezinformasiya kompaniyası aparılır. Bu kampaniyanın başında Rusiya hakimiyyətinin idarə etdiyi iddia edilən "Z-blogerlər" qrupu dayanır. 2022-ci il Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın teleqram sosial şəbəkəsinin bir qrup blogeri bu müharibəyə haqq qazandırmaq məqsədi ilə səhifələr açdılar. Onlara Qərb mediasında, BBC-nin araşdırmasında "Z-blogerlər" qrupu adı verildi. Rusiya hakimiyyətini dəstəkləyən bu jurnalist və blogerlər son dövrlər, xüsusilə Yekaterinburq hadisəsindən sonra Azərbaycana qarşı saxta xəbər kampaniyası aparırdılar. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə təhdidlər, onun dövlət qrumları haqqında dezinfomasiya tipli məlumatlar yayımlayırdılar".
 
Baş redaktor Mətbuat Şurasının beynəlxalq təşkilatlara müraciət etdiyi məktubu çox yerində atılmış bir addım kimi qiymətləndirib:  
"Rusiya dünyada jurnalistlərin hüquqlarının pozulduğu, onlara qarşı təqiblərin ən çox olduğu ölkədir. Bu ölkədə son illər təkcə jurnalistlər deyil, ümumiyyətlə sosial media fəalları ağır ittihamlarla həbs ediliblər. 

Hansısa azad fikirdən, azad sözdən danışmağa Rusiya hakimiyyətinin heç bir halda haqqı yoxdur. Belə olan təqdirdə beynəlxalq təşkilatlar da Rusiyanı antidemokratik ölkə kimi tanıyırlar. Rəsmi Moskvanın Azərbaycanla bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciət boş kağız parçasından başqa bir şey deyil. Beynəlxalq təşkilatlar da bu vəziyyəti yaxşı bilirlər. Onlar Azərbaycan Mətbuat Şurasının Rusiya Jurnalistlər İttifaqı haqqında ünvanladığı məktuba operativ reaksiya verməli və Rusiyanı növbəti dəfə azad sözə, demokratiyaya basqı edən ölkə kimi təqdim etməlidirlər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
16:26 05.11.2026
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir