10 ölkə COVID-19-un ikinci dalğasının başladığını elan etdi

10 ölkə COVID-19-un ikinci dalğasının başladığını elan etdi
DÜNYA
14:07 25.09.2020
562

Dünyanın bir çox ölkələrində koronavirusa yoluxma halları əhəmiyyətli dərəcədə artıb.

Artıq 10 ölkə rəsmi şəkildə koronavirusun ikinci dalğasının yaşandığı barədə məlumat verib.

Bunlar BelçikaBosniya və HerseqovinaXorvatiya, ÇexiyaYunanistanNiderlandSerbiyaSlovakiyaSloveniya və İspaniyadır.

Eyni zamanda İsrail bu gündən etibarən ölkə ərazisində ümumi karantin tətbiq etməyə başlayıbSinaqoqlarmüəssisələrmarketlər bağlanıbictimai nəqliyyat marşrutlarının sayı azaldılıb.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, sentyabrın 25-də dünyada 32 136 855 yoluxmuş insan qeydə alınıb, 981 808 nəfər ölüb. Ən çox yoluxma və ölüm halları ABŞ-da qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR