Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
İyunun 23-ü saat 19 radələrində Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində fiziki məhdudiyyətli şəxslər üçün istifadə edilən arabadan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.











































