151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?

151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
MEDIA
14:32 22.07.2026
180
Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Milli mətbuatın təməli 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi” qəzeti ilə qoyulub. Xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr verən Azərbaycan mətbuatı ötən 151 il ərzində çətin, lakin zəngin inkişaf yolu keçib. Ənənəvi çap mediasından rəqəmsal platformalara qədər uzanan bu yol təkcə informasiyanın yayılma formasını deyil, jurnalistikanın məzmununu, iş prinsiplərini və cəmiyyət qarşısındakı məsuliyyətini də dəyişib.

Müasir dövrdə rəqəmsallaşma media mühitini tamamilə yeni mərhələyə çıxarıb. Xəbərlər artıq saniyələr ərzində milyonlarla insana çatır, sosial şəbəkələr informasiyanın əsas yayım kanallarından birinə çevrilib, süni intellekt isə xəbər istehsalından məlumatların təhlilinə qədər bir çox sahədə jurnalistlərin iş prosesinə daxil olub. Bununla yanaşı, dezinformasiyanın geniş yayılması, saxta görüntü və mətnlərin hazırlanması, informasiyanın etibarlılığının qorunması və peşə etikası kimi məsələlər medianın qarşısında yeni çağırışlar yaradıb. Bu gün 151 illik ənənəyə söykənən Azərbaycan jurnalistikası texnoloji yeniliklərlə ayaqlaşaraq operativliklə dəqiqliyi, innovasiya ilə peşəkarlığı bir araya gətirməyə çalışır.

Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli AZXEBER.COM-a açıqlamasında deyib ki, mətbuat xalqın varlığının ifadə formasıdır:

"Jurnalist peşəsinin daşıyıcıları, sözün həqiqi mənasında cəmiyyətə həqiqəti çatdırmağa, xalqı maarifləndirməyə yönəlmiş fəaliyyətlə məşğul olan hər kəsin peşə bayramıdır. 22 iyul münasibətilə biz bir daha keçmişə nəzər salır, "Əkinçi” qəzetinin yaranmasını, Həsən bəy Zərdabinin tükənməz və yorulmaz fəaliyyətini xatırlayırıq. Onun Azərbaycan xalqının ictimai fikir tarixində, düşüncə tarixində, milli mədəniyyət və milli mətbuat tarixində nə qədər mühüm rol oynadığının bir daha şahidi oluruq. Mətbuat istənilən xalqın varlığının ifadə formasıdır. Bir millətin ictimai düşüncə səviyyəsi müəyyən mənada mətbuatının səviyyəsi ilə ölçülür. Həsən bəy Zərdabi "Əkinçi” qəzetini yaratmaqla bu millətə ictimai fikir tribunası qazandırdı. Ondan sonra gələn nəsillər, fəaliyyətə başlayan mətbuat orqanları bu yolu davam etdirdilər və Azərbaycan xalqının Cümhuriyyətə yetişməsində, dövlətçilik şüurunun formalaşmasında əvəzsiz rol oynadılar”.


Professor qeyd edib ki, mətbuat indiyə qədər müxtəlif dövrlərdən keçib:

"Sovet dövrünün də özünəməxsus xüsusiyyətləri var idi. Həmin dövrdə Azərbaycan dili, Azərbaycan mədəniyyəti ilə bağlı məsələlər müəyyən çərçivələr daxilində ön plana çıxarılırdı. Sovet ideoloji sistemi daxilində xalqın milli yaddaşı, düşüncə tərzi, mədəniyyəti, ana dili və tarixi ilə bağlı mövzuları işıqlandıran mətbuat orqanları fəaliyyət göstərirdi. Azərbaycan mətbuatının müstəqillik dövründəki fəaliyyətinə nəzər saldıqda da burada böyük bir tarixin yaşandığını görürük. Azərbaycanın müstəqillik hərəkatının genişlənməsində, milli problemlərinin gündəmə gətirilməsində və onların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan mətbuatı mühüm rol oynayıb”.

Q.Məhərrəmli vurğulayıb ki, bu gün Azərbaycan mətbuatı cəmiyyət həyatında müsbət rol oynamağa çalışır:

"Bu gün də mətbuatımızın bir sıra problemlərinin olmasına baxmayaraq, Azərbaycan mətbuatı cəmiyyət həyatında müsbət rol oynamağa çalışır. Xalqın məlumatlandırılması, cəmiyyətin maarifləndirilməsi istiqamətində mühüm işlər görülür. Müəyyən problemlər də mövcuddur. Peşəkarlıqla bağlı çatışmazlıqlar, mətbuat azadlığı sahəsində çətinliklər, jurnalist etikasına və hüquqi normalara riayət olunması ilə bağlı məsələlər hələ də aktuallığını qoruyur. Bununla yanaşı, mətbuat iti axan çay kimi daim irəli getməli, cəmiyyətin inkişaf yolunu işıqlandırmalı, insanları məlumatlandırmalı, milli problemləri öz səhifələrində əks etdirməli və cəmiyyətdəki mövcudluğunu hər zaman hiss etdirməlidir”. 

Yazı Medianın İnkişafı Agentliyinin "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.

Şahanə Ziyad

 



 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO