18 yaşlı futbolçu "Liverpul”un tarixinə düşdü
"Liverpul”un 18 yaşlı futbolçusu Rio Nqumoha UEFA Çempionlar Liqasında rekorda imza atıb.
İngiltərə təmsilçisi III turda "Vilyarreal”ı 4:3 hesabı ilə məğlub edib. Görüşdə iki məhsuldar ötürmə verən Nqumoha komandasının qələbəsində mühüm rol oynayıb.
18 yaş 52 günlük futbolçu "Liverpul”un Çempionlar Liqası tarixində assist edən ən gənc oyunçusu olub. O, bu göstəricidə Maykl Ouenin rekordunu geridə qoyub.
Nqumoha qarşılaşmanın ən yaxşı oyunçusu da seçilib.
Gülay











































