20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama: "Peşman deyiləm"

MARAQLI
13:34 05.12.2019
4600
Türkiyənin Ordu şəhərində 20 yaşlı Ceren Özdemiri öldürən qatil ifadə verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, olanları soyuqqanlılıqla danışan qatil peşman olmadığını bildirib.
 
Hər zaman kimisə öldürmək istədiyini deyən manyak bu barədə danışıb: "Bir çox qadını öldürmək üçün izlədim. Ancaq ətrafda çox insan olduğu üçün istəyimi həyata keçirə bilmədim. Bu məqsədlə mağazaların birinin önündən keçərkən bıçağı oğurladım. Hadisə baş verən gün qızı gördüm və izləməyə başladım. Evin yanına yaxınlaşanda cibimdəki bıçağı çıxarıb qoluma saldım. Məqsədim qızı öldürüb, çantasını oğurlamaq idi. Bu zaman qız qapının zəngini çaldı. Pəncərədən başqa bir qadının baxdığını gördüm. Qız qapını açıb içəri girərkən ucadan dedim. "Burda Mətin deyə biri yaşayırmı? ” Qız geri çönən kimi bıçağı iki dəfə vurub, qaçaraq uzaqlaşdım.”
 
Daha öncə də narkotikdən cəza alan Artuç adlı manyak, həbsdən çıxdıqdan sonra gecələri işlədiyi inşaatda yatdığını bildirib: "Cinayət gecəsi burada yatdım. Səhəri gün avtobus dayanacağına gedərkən vətəndaşlar mənə hücum etdi. Polislər məni qurtardı və maşına mindirdi. Mən arxa oturacaqda polislərin birinin yanında oturdum. Bu zaman bıçağı polisin boğazına vurmaq üçün çıxardım. Lakin polis arxaya çöndüyü üçün polis ürəyinə dəydi. İkinci dəfə vurmaq istəyərkən digər polis məni saxladı. Bu zamanda onu barmağından yaraladım. Heç nə üçün peşman deyiləm”.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR

X Mostbet