Təmas xəttində monitorinq keçiriləcək

Təmas xəttində monitorinq keçiriləcək
SİYASƏT
10:53 29.04.2013
1765

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 30-da Azərbaycan Respublikasının Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.Nazirlikdən bildirilib ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

OXŞAR XƏBƏRLƏR