Yanvar ayında dünya bazarında “Azeri Light” markalı xam neftinin 1 barelinin qiyməti Brent tipli neftin qiymətindən təxminən 2 ABŞ dolları bahalaşıb. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, ötən ay Azərbaycan nefti Urals tipli neftin qiymətindən isə 2,6 dollar baha olub.