“Azercell”dən abunəçilərinə xəbərdarlıq

“Azercell”dən abunəçilərinə xəbərdarlıq
İQTİSADİYYAT
18:06 17.08.2022
585
Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilərimiz son zamanlar "Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur.

Bundan əlavə, fırıldaqçıların şirkətimiz adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında "Azercell” şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı "Azercell” və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər-hansı bir əməliyyat aparılmayıb.

Qeyd olunan xoşagəlməz halların "Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir.

Həmçinin, abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də, "Azercell”in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.

Bütün yuxarıda sadalananları nəzərə alaraq, "Azercell” şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:

- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

- Eləcə də, şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və sairlərdən yararlanmayın;

- gələn sms, "WhatsApp” mesajlarındakı şübhəli linklərə keçid etməyin;

- Yeni nömrə əldə etmək məqsədilə yalnız "Azercell” şirkətinin rəsmi mənbələrindən istifadə edin:

• Rəsmi satış kanalı: www.azercellim.com saytı;

• "Azercell Eksklüziv” mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html;

Abunəçilər yuxarıdakı linkdən istifadə edərək "Azercell”in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.

- Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız "Azercell” şirkətinin rəsmi əlaqə vasitələrindən birinə müraciət edin:

• Online Müştəri Xidmətləri https://www.azercell.com/az/

• "Azercell”in rəsmi "Facebook”, "Twitter” və "Instagram” səhifələri;

• "Azercell” Telefon Mərkəzi:

- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə
- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa   nömrəsinə.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək