Vladimir Putin və Donald Tramp bu gün telefon danışığı aparıblar.
Bu barədə Kreml məlumat yayıb.
Putin Trampı telefonla 80 illik yubileyi münasibətilə təbrik edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp Putinin təbriklərindən təsirlənib, ona təşəkkür edib və Rusiya prezidentinin bu gün ona zəng edən ilk xarici lider olduğunu bildirib.
Uşakov onu da qeyd edib ki, ABŞ prezidenti ilə söhbətində Putin Melaniya Trampın rusiyalı və ukraynalı uşaqların ailələri ilə yenidən birləşməsindəki rolunu tərifləyib.
Kreml rəsmisinin sözlərinə görə, Putinlə söhbətində Tramp yenidən Ukraynadakı hərbi əməliyyatlara son qoymağa çağırıb.
Uşakov vurğulayıb ki, Putin və Tramp digər məsələlərlə yanaşı, qarşıdan gələn ABŞ-İran memorandumunu da müzakirə ediblər.










































