Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
KRİMİNAL
11:23 23.06.2026
224
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb. Ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR