“2030-cu ilədək Azərbaycana gələn turistlərin sayı 3,8 milyona çatdırılacaq”-İqtisadçı

“2030-cu ilədək Azərbaycana gələn turistlərin sayı 3,8 milyona çatdırılacaq”-İqtisadçı
SOSİAL
11:50 21.08.2026
250
"Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı kifayət qədər sistemli diaqnostika üzərində qurulub. Turizmin əlçatanlığı, bazarların məhdudluğu, mövsümilik, investisiya, xidmət keyfiyyəti, kadr çatışmazlığı və rəqəmsallaşma əsas problemlər kimi müəyyən edilib”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O qeyd edib ki, proqramın tədbirlər hissəsində də kifayət qədər konkret addımlar var:

"Digər müsbət məqam strateji hədəflərin bir hissəsinin konkret rəqəmlərlə müəyyən edilməsidir. 2030-cu ilədək turizm üçün xarakterik sahələrdə əlavə dəyərin real ifadədə təxminən 40 faiz artırılması, xarici turist xərclərinin 3,3 mlrd. manatdan 6,3 mlrd. manata, ölkəyə gələn əcnəbilərin sayının 2,57 mln.dan 3,8 mln. nəfərə çatdırılması nəzərdə tutulur. Proqramın tədbirlər hissəsində də kifayət qədər konkret addımlar var. Viza rejiminin liberallaşdırılması, yeni uçuşların açılması, aviabilet qiymətlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, aşağı büdcəli aviaşirkətlərin cəlbi, investisiya və subsidiya mexaizmləri, regionlarda yeni turizm mərkəzlərinin yaradılması diqqət çəkir. Bəzi tədbirlər üzrə konkret nəticə indikatorları da müəyyən edilib. Məsələn,34 hədəf ölkə üzrə vizasız rejim, azı 4 yeni uçuş istiqaməti və mövcud istiqamətlər üzrə uçuş tezliyinin 20 faiz artırılması nəzərdə tutulur”.

İqtisadçı vurğulayıb ki, proqramın müsbət tərəfləri sadalananlarla məhdudlaşmır:

"Proqramın müsbət tərəfləri sadalananlarla məhdudlaşmır. Lakin bu, sosial media paylaşımı olduğundan onların hamısına ayrıca toxunmaq mümkün deyil.
Proqramın nəticəəsaslı idarəetmə baxımından təkmilləşdirilə biləcək tərəfləri də var. Belə ki, əsas məsələlərdən biri indikatorların keyfiyyətidir. Bəzi indikatorlar konkret və ölçülə biləndir. Lakin "siyasətin uzlaşdırılması”, "əlverişli biznes mühitinin təmin edilməsi”, "xarici turist səfərlərinin artması”, "xidmət keyfiyyətinin yüksəldilməsi” kimi indikatorlarda baza göstəricisi və konkret hədəf səviyyəsi müəyyən edilməyib. Belə indikatorlar üzrə sonradan nəticənin hansı səviyyədə əldə olunduğunu obyektiv qiymətləndirmək çətinləşir”.

O deyib ki, ikinci məsələ resurslarla nəticələr arasındakı əlaqədir:

"İkinci məsələ resurslarla nəticələr arasındakı əlaqədir. Bir çox ölkələrdə (eləcə də Azərbaycanda) uzunmüddətli dövlət proqramlarında bütün dövr üzrə dəqiq maliyyə məbləği əvvəlcədən göstərilmir. Amma beynəlxalq təcrübədə proqramın indikativ maliyyə çərçivəsinin müəyyən edildiyi kifayət qədər nümunələr var.
Məsələn, Sloveniyanın 2022-2028-ci illər üzrə Turizm Strategiyasında nəzərdə tutulan 94 tədbirin həyata keçirilməsi üçün bütün dövr üzrə təxminən 1,54 mlrd. avro investisiya ehtiyacı hesablanıb və bu vəsait əsas siyasət istiqamətləri və maliyyə mənbələri üzrə bölünüb. Bunun dəqiq büdcə öhdəliyi deyil, indikativ maliyyə qiymətləndirilməsi olduğu ayrıca göstərilib. Strategiyanın icrası üçün hər iki ildən bir hazırlanan fəaliyyət planlarında isə konkret tədbirlərin maliyyə dəyərinin daha dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulub. Bu Dövlət Proqramında isə maliyyələşmə mənbələri müəyyən edilsə də, proqramın və əsas istiqamətlərin indikativ maliyyə yükü göstərilmir. Belə bir maliyyə çərçivəsinin olması proqramın sonrakı qiymətləndirilməsini daha dolğun edə bilərdi. Çünki nəticə yalnız "nə etdik və nə əldə etdik?” sualı ilə deyil, həm də "buna nə qədər resurs sərf etdik və həmin resurs müqabilində hansı nəticəni əldə etdik?” sualı ilə ölçülür. Bu isə proqramın təkcə nəticəliliyini deyil, həm də sərf olunan vəsaitin səmərəliliyini qiymətləndirməyə imkan verərdi”.

"Ümumilikdə yeni Dövlət Proqramı problemlərin diaqnostikası, tədbirlərin əhatəsi və bir sıra konkret hədəflərin müəyyənləşdirilməsi baxımından ciddi sənəddir.
Növbəti mərhələdə əsas məsələ tədbirlərin icra faizindən daha çox onların yaratdığı real iqtisadi, sosial və institusional nəticələrin ölçülməsi olacaq. Müasir dövlət proqramının uğuru görülən işlərin sayı ilə deyil, həmin işlərin yaratdığı dəyişikliklə ölçülür”,-deyə iqtisadçı bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib