Gürcüstanın Zuqdidi şəhərində gənc qadın qrip virusundan ölüb.
"Report”un yerli bürosu xəbər verir ki, Abxaziyadan məcburi köçkün olan 22 yaşlı pasiyent yanvarın 19-da xəstəxanaya yerləşdirilib.
Daha sonra o, Kutaisi xəstəxanasına çatdırılıb. Gənc qadın ötən gün Tbilisi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 8-də Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın da qripdən ölüb.
Hazırda qonşu ölkədə 100 min nəfər əhali arasında 216 qrip virusuna yoluxma halı qeydə alınıb.