3 BÜRC saf görünsələr də, onları aldatmaq olmur

3 BÜRC saf görünsələr də, onları aldatmaq olmur
MARAQLI
23:27 05.09.2026
84
Qarşısındakı insanın dediklərinə inanmış kimi görünmək heç də hər şeyi qəbul etdiyi anlamına gəlmir. Bəzi insanlar danışıq zamanı səs tonundakı dəyişiklikləri, tərəddüdləri və bir-birinə uyğun gəlməyən detalları tez sezirlər.

Astroloji yozumlara görə, xüsusilə Qız, Əqrəb və Tərəzi bürclərinin aldatmaq o qədər də asan deyil.

Qız bürcü ən xırda uyğunsuzluğu belə diqqətdən qaçırmır. Onlar yalnız deyilən sözlərə deyil, həmin sözlərin necə ifadə edildiyinə də fikir verirlər. Danışıq zamanı dəyişən davranışlar, əvvəlki fikirlərlə ziddiyyət təşkil edən cümlələr və kiçik detallar Qızların diqqətindən yayınmaya bilər. Lakin fərq etdiklərini dərhal qarşı tərəfə bildirmirlər.

Bəzən mübahisə yaratmamaq, bəzən isə bütün məlumatları öz daxilində təhlil etmək üçün susmağa üstünlük verirlər. Buna görə onların sakitliyi yanlış olaraq heç nə başa düşmədikləri kimi qəbul edilə bilər.

Əqrəb bürcü isə deyilənlərdən çox, gizlədilən məqamlara diqqət yetirməsi ilə seçilir. Astroloji şərhlərdə onların güclü sezgilərə və müşahidə qabiliyyətinə malik olduğu bildirilir. Səs tonunda, davranışda və söhbətin gedişində yaranan dəyişikliklər Əqrəbin şübhələnməsinə səbəb ola bilər.

Şübhə yarandıqda isə dərhal reaksiya vermək əvəzinə qarşı tərəfi izləməyə davam edir, daha çox məlumat toplamağa çalışırlar. Güclü yaddaşları və səbrləri sayəsində əvvəl deyilənlərlə sonrakı fikirlər arasındakı ziddiyyətləri müqayisə edə bilirlər.

Tərəzinin sakit və mehriban davranışı isə bəzən sadəlövhlük kimi başa düşülür. Mübahisədən qaçması və qarşısındakı insanı dərhal ittiham etməməsi onun baş verənləri anlamadığı demək deyil. Astroloji yozumlara əsasən, Tərəzilər münasibətlərdəki incə dəyişiklikləri və insanların bir-birinə münasibətini yaxşı müşahidə edirlər.

Onlar həqiqəti başa düşsələr belə, bunu dərhal üzə vurmaya bilərlər. Bəzən müxtəlif suallar verərək qarşı tərəfin öz sözləri ilə ziddiyyətə düşməsini gözləyirlər. Bu səbəbdən Tərəzinin yumşaq davranışını zəiflik kimi qiymətləndirənlər əslində onun vəziyyəti artıq təhlil etdiyini gec anlaya bilərlər. 

/demokrat.az
OXŞAR XƏBƏRLƏR